Daxil ol Qeydiyyat
Az
Kuryer Xidmeti
HAQQIMIZDA

HAQQIMIZDA

“1Kuryer.az” 2022-ci ildən kiçik və orta həcmli bağlamaların Bakının istənilən nöqtəsinə sürətli və təhlükəsiz şəkildə çatdırılmasını həyata keçirən kuryer şirkətidir. Məqsədimiz şəhərdaxili hər bir bağlamanın qısa müddət ərzində və problemsiz ünvana çatdırılmasını təmin etməkdir. Müştəri məmnuniyyəti öncəliyimizdir. “1Kuryer.az” sürətli çatdırılma və güvənli daşınmada ölkənin 1 nömrəli kuryer şirkəti olmağı hədəfləyir.

 

“1Kuryer.az” fiziki və hüquqi şəxslərə onlayn kuryer sifarişi və çatdırılma xidməti təklif edir. 10 kq-a qədər bağlamaların daşınması ən sərfəli qiymətlərlə həyata keçirilir. Korporativ müştərilər üçün zərf, açıqca və məktubların, eləcə də fiziki şəxslər üçün gül buketlərinin, kiçik sürprizlərin, hədiyyələrin, zinət əşyalarının ünvana çatdırılması, o cümlədən mağazalardan onlayn kuryer sifarişi “1Kuryer.az” vasitəsilə ən qısa zamanda reallaşır.

 

1Kuryer.az saytında qeydiyyatdan keçən müştərilər asanlıqla kuryer sifarişi edə bilərlər. Kiçik və orta həcmli bağlamaların gün ərzində və təcili sifarişlə 1-3 saat müddətində şəhərdaxili çatdırılması təmin olunur. “1Kuryer.az” ilə vaxtınıza və enerjinizə qənaət edə bilərsiniz.

 

“1Kuryer.az” önəm daşıyır!

×

Sifariş qeydə alındı!

×

Uğursuz əməliyyat!